Azərbaycanca | Русский | English 19.02.2018 - ci il
XƏBƏRLƏR
19.01.2018
Qanlı Yanvar

Azərbaycanın istiqlal tarixinə qanla yazılmış 20 Yanvar faciəsindən 28 il keçir

Azadlıq, istiqlaliyyət, müstəqillik uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divan, sanki, dünən baş vermişdir. Xalq o günü heç vaxt unutmur. Hər il on minlərlə soydaşımız Bakının ən uca yerində hamımız üçün müqəddəs sayılan Şəhidlər xiyabanına gedir, müstəqillik uğrunda sinələrini sipər etmiş mərd oğul və qızlarımızı böyük ehtiramla yad edir, məzarları önünə tər gül-çiçək dəstələri düzür.

Şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi də bunun bariz nümunəsidir.

Ətraflı....

Şəbəkə
FOTOQALEREYA

pay