
"TransEvroKom" MMC Azərbaycanın böyük telekommunikasiya şirkətlərindən biridir.
Biz Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət müəssisələrinə, həmçinin, xarici neft-qaz şirkətlərinə geniş çeşidli telekommunikasiya xidmətləri göstəririk.
"TransEvroKom" telekommunikasiya şirkətinin rabitə operatorluq fəaliyyəti aşağıdakı sahələri əhatə edir.
- Bakı şəhərində 499/599 indeksli və Respublikanın Gəncə, Ağstafa, Yevlax, Hacıqabul şəhərlərində 428 indeksli rəqəmsal ATS-ləri vasitəsilə telefon rabitə xidməti;
- Bakı şəhərində şirkətə məxsus fiber optik kabel şəbəkəsi vasitəsilə telekommunikasiya kanallarının təşkili xidməti;
- Respublikanın Bakı-Böyük Kəsik dəmir yolu boyunca çəkilmiş fiber optik kabel xətti vasitəsilə ölkədaxili telekommunikasiya kanallarının təşkili xidməti;
- Bakı və Gəncə şəhərlərində genişzolaqlı (ADSL) və ayrılmış xətlə limitsiz İnternet xidmətlər;
|